Düz bağırsaq xərçəngi əlamətləri, diaqnostikası və müalicəsi


Digərləri 15 Dek 2019 21:35:00 275 0

Düz bağırsaq xərçəngi  əlamətləri, diaqnostikası və müalicəsi

Düz bağırsaq xərçəngi yoğun bağırsağın distal şöbəsinin epitel mənşəli bədxassəli şişidir. Patologiya nəcis kütlələrində selik və qan qarışığı, düz bağırsaq qanaxmaları, oma və aralıq nahiyəsində ağrılar, zəiflik, arıqlama, anemiya ilə təzahür edir.

Son.az medicina.az-a istinadən bildirir ki, mədə-bağırsaq traktının bədxassəli törəmələrinin 45%-i düz bağırsaq xərçənginin payına düşür. Kişilərdə bu xəstəliyə 1,5 dəfə çox rast gəlinir. Düz bağırsaq xərçənginin yaranma ehtimalı yaşla düz mütənasibdir. 40 yaşından yuxarı şəxslər risk qrupuna daxildir. Bu da düz bağırsağın epitel hüceyrələrində yaşla əlaqədar baş verən dəyişikliklərlə izah olunur. Düz bağırsaq müayinə baxımından rahat nahiyədə yerləşsə də onun xərçəngi adətən gecikmiş mərhələlərdə aşkarlanır, belə hallarda radikal müalicə üsulları az effektiv olur. Xəstələrin 5 illik sağqalma ehtimalının 40-60% təşkil etməsi bu problemin aktuallığını daha da artırır.

Yaranma səbəbləri Düz bağırsaq xərçənginin inkişafı ilə qidalanma xüsusiyyətləri arasında asılılıq müəyyən edilmişdir. Xəstəlik adətən yağların üstünlük, sellülozanın isə azlıq təşkil etdiyi qidalara üstünlük verən şəxslərdə aşkarlanır. Ət məhsullarından çox istifadə olunması yoğun bağırsaq xərçənginə şərait yaradır. Bədxassəli şişlərin inkişaf riskini artıran amillərə yoğun bağırsağın xroniki iltihabi xəstəlikləri, qeyri-spesikik xoralı kilit, kron xəstəliyi, aiddir. Metabolik xəstəliklər (şəkərli diabet, metabolik sindrom, piylənmə) də kanserogen faktorlar sırasına daxildir.   Əlamətləri

Düz bağırsaq xərçənginin erkən mərhələləri adətən simptomsuz gedir, bu da bədxassəli prosesin vaxtında aşkarlanmasını çətinləşdirir. Şiş inkişaf etdikcə müxtəlif əlamətlərlə özünü büruzə verir. Xəstəliyin ən çox rast gəlinən təzahürlərinə qəbizlik və ya ishal, bağırsaq keçməməzliyi, anal dəlikdən qanaxmalar, naməlum etiologiyalı anemiya, qarnın aşağı hissəsində ağrı, "lentşəkilli"("karandaşabənzər") nəcis aiddir. Onkoloji proses inkişaf etdikcə  iştahsızlıq, ümumi halsızlıq, əzginlik, arıqlama halları artır.

Müalicəsi