İranda 1 541 nəfər xəstəxanalıq olub


Dünya 15 Dek 2019 20:45:00 142 0

İranda 1 541 nəfər xəstəxanalıq olub

İranda ötən 1 sutka ərzində hava çirkliliyinə görə, 1 541 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Bu barədə Trend, təşkilatın informasiya portalına istinadən məlumat verib.

M.Xaledinin sözlərinə görə, 570 nəfər tənəffüs sistemindəki xəstəliklərə, 971 nəfər isə ürək xəstəliklərinə görə tibb mərkəzlərinə müraciət edib.

Xaledi əlavə edib ki, Tehran vilayətində 1 051 nəfər tibb mərkəzlərinə müraciət edib.

Təşkilat rəsmisi İsfahan vilayətində 295 nəfər, Əlborz vilayətində 165 nəfər və Mərkəzi vilayətdə 30 nəfərin müalicə mərkəzlərinə müraciət etdiyini deyib.