Təhsil və ya müalicə xərcləri ilə bağlı vergi güzəşti


Digərləri 15 Dek 2019 20:19:00 142 0

Təhsil və ya müalicə xərcləri ilə bağlı vergi güzəşti

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Son.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin tələblərinə görə, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi də gəlir vergisindən azad olunur.