Rusiyada baş verən ağır yol qəzasında onlarla insan xəsarət alıb


Dünya 15 Dek 2019 20:08:47 133 0

Rusiyada baş verən ağır yol qəzasında onlarla insan xəsarət alıb

​Rusiyada baş verən yol qəzasında onlarla insan xəsarət alıb

Rusiyada ağır yol qəzası baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.

Balaxninsk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinə tibbi yardım göstərilib.

Qeyd edilir ki, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus küvetə (şose kənarındakı xəndək) aşıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub.