Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir - FOTO


Dünya 15 Dek 2019 20:10:00 126 0

Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir - FOTO

​Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir

Fransa hökuməti Rusiyaya müraciət edərək sabiq imperatorNapoleon Bonapartın silahdaşlarından biri, generalSezar Şarl-EtyenQudenin (1768-1812)nəşinin qalıqlarlarını istəyib.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Point" bildirib.

"Prezident Emmanuel Makron general Qüdenin nəşinin qalıqlarının qaytarılması ilə bağlı prosesin təşkilinə başlamağı xahiş edib", - deyə KİV-in məlumatında qeyd edilir.

Qeyd edək ki, generalın nəşinin qalıqlarları ötən yay Smolenskdə, Lopatinski bağında Kral qalasında qazıntılar zamanı aşkarlanıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, əgər Fransa tərəfi istəsə, Rusiya general Qudenin qalıqlarlarını bu ölkəyə verməyə hazırdır.

"Point" bildirib ki, bununla bağlı Parisdəki Əlillər Evindəxüsusi mərasim keçiriləcək. MərasimdəRusiya prezidenti Vladimir Putinin də iştirakı gözlənilir. Tədbirdən sonra generalın nəşi dəvn ediləcək.

Sezar Şarl-Etyen Quden Fransanın 1812-ci ildə Rusiyaya qarşı hərbi əməliyyatı kampaniya zamanı fransız ordusunun 1-ci korpusunun 3-cü diviziyasının komandanı olub. O, Smolensk döyüşündə aktiv iştirak edib.

General 1812-ci ilin 19 avqustunda Valutin yüksəklikləri uğrunda döyüşdə ağır yaralanıb. Top mərmusu generalın hər iki ayağını qoparıb. Tarixi mənbələrə görə, Quden dərhal Smolenskə aparılıb və Napoleon ona şəxsən qulluq edib. Amma generalın həyatını xilas etmək mümkün olmayıb.