Ketçup xərçəng hüceyrələrini öldürür


Digərləri 15 Dek 2019 19:39:00 170 0

Ketçup xərçəng hüceyrələrini öldürür

Alimlər bişmiş pomidorun daha faydalı olduğunu araşdırıblar.

Son.az xəbər verir ki, yeni araşdırma göstərir ki, ketçup da daxil olmaqla bişmiş pomidor bizi xərçəngdən qoruyur. Bişmiş pomidor bağırsaqda olan xeyirli bakteriyaların artmasına səbəb olur.

Belə ki, araşdırma göstərib ki, pomidoru bişmiş halda yemək, çiy yeməkdən qat-qat xeyirlidir. Eyni zamanda mütəxəssislər bildiriblər ki, bişmiş pomidor mədə xərçənginə qarşı qoruyucu vasitədir. Nəticədə məlum olub ki, bişmiş pomidor və ketçup xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır və həmin hüceyrələrin ölümünə səbəb olur. (ölkə.az)