Bundan sonra qadınlarla kişilər restoranda...


Dünya 15 Dek 2019 18:46:00 121 0

Bundan sonra qadınlarla kişilər restoranda...

Daha Səudiyyə Ərəbistanı restoranları qarşısında kişilər və xanımlar üçün ayrı-ayrı giriş qapılarının qurulması tələbi qoyulmayacaq. Hökumətin verdiyi qərar nəticəsində bundan belə qadın və kişilər eyni qapıdan içəri daxil olmaqla restoran xidmətlərindən istifadə edə biləcəklər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Bələdiyyə Nazirliyi dünən bəyan edib ki, məlum tələb qoyulmadığı üçün bu məsələlər restoranların öx ixtiyarına buraxılacaq.

Qeyd edək ki, bu günə qədər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən restoranlar qarşısında tələb kimi iki qapının olması qoyulurdu.

Səudiyyədə bir neçə aydır hökumət sosial islahatlar həyata keçirərək dünyada qeyri-ciddi qarşılanan halları aradan qaldırır.