İnstaqramda ən çox izlənilən məşhurlar


Dünya 15 Dek 2019 18:10:00 117 0

İnstaqramda ən çox izlənilən məşhurlar

2019-cu ildə İnstaqramda ən çox izlənilən məşhurlar bəlli olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ötən il 136 milyon izləyicisi olan Selena Qomez bu sayı 163 milyona qaldırsa da, siyahıda dördüncü pillədə qərarlaşıb.

Sosial şəbəkədə ən çox izləyicisi olan şəxsi 192 milyon təqibçisi var. Sizə ən çox izlənilən məşhurların siyahısını təqdim edirik:

20-ci yerdə dünyaca məşhur aparıcı Ellen Diceneres var. Onu 80 milyon nəfər izləyir. 15-ci pillədə müğənni Mayli Sayrusdur. Onun izləyici sayı 102 milyondur.

106 milyon nəfər isə Cenifer Lopezi izləyir. O, 14-cü sıradadır. Niki Minaj isə 13-cü pillənin sahibidir və 108 milyon insan tərəfindən təqib edilir.

12-ci yerin sahibi Kendall Cennerin 119 milyon, 11-ci pillədə olan Castin Biberin isə 122 milyon izləyicisi var.

123 milyonun izlədiyi Teylor Svift 10-cu pillədədir. Müğənnidə bir sıra öndə isə futbolçu Neymardır. Onun izləyici sayı 129 milyondur. Beyons isə idmançını 6 milyon izləyici fərqi ilə geri qoyur. 9-cu pillənin sahibi müğənninin 135 milyon nəfər fanatı var.