Pornoçarxı yayılan azərbaycanlı model danışdı


Şou-biznes 15 Dek 2019 17:28:00 418 0

Pornoçarxı yayılan azərbaycanlı model danışdı

Azərbaycanlı model və müğənni Ramina Abbasova bu dəfə öz layihələri ilə deyil, pornoçarxı ilə müzakirələrə səbəb olub. Çarx təkcə məşhur pornosaytda yox, həm də sosial şəbəkələrdə yayılıb. Videoda göstərilib ki, kadrlarda Abbasova çəkilib. 

Son.az bildirir ki, lakin model özü Sputnik Azərbaycan-a müsahibəsində bütün bu söz-söhbətləri təkzib edib. Bununla yanaşı, model etiraf edib ki, həmin videoçarxla bağlı olanları unutmaq istəyir.

Onun etirafına görə, sosial şəbəkələrdə və müxtəlif saytlarda tez-tez məşhur şəxslərin əks olunduğu feyk videolar yayılır. Ona görə də, o özü bu çarxı sakit qarşılayıb.

"İşdə olarkən mənə bu barədə xəbər verdilər. Əvvəl çox qəzəbləndim, sonra sakitləşdim. Çarxda qızın sifəti və saçının rəngi göstərilmir. Başa düşmürəm, necə kimsə yaza bilər ki, bu, mənəm? Bunu ancaq başqalarının uğurunu həzm edə bilməyən paxıl adamlar edə bilər. Onlar görəndə ki, sən irəli gedirsən, o saat başlayırlar sənin haqqında müxtəlif neqativ şeylər uydurmağa", - deyə Abbasova bildirib.

O, bu çarxı yayanı tapa bilməyib, çünki həmin video viruslu olub və hazırda ona hər yerdə, hətta pornosaytlarda belə baxmaq mümkündür. Abbasovanın dediyinə görə, onun çoxlu düşmənləri var. Ola bilsin, bunu da vaxtilə birlikdə işlədiyi düşmənlərindən biri edib. Ona görə də model konkret ad çəkə bilmir.