Misirdə nadir tapıntı:


Dünya 15 Dek 2019 17:07:00 163 0

Misirdə nadir tapıntı:

Misirli arxeoloqlardan ibarət qrup ölkənin Əl-Minya əyalətində sfinksin kiçik heykəlini aşkar ediblər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Misirin Antik Əsərlər üzrə Nazirliyi bəyanat yayıb.

Misirin antik işlər üzrə idarəsinin baş direktoru Qamal əs-Samastauinin sözlərinə görə, heykəl əhəng daşından hazırlanıb, onun hündürlüyü 35 sm, uzunluğu isə 55 santimetrdir. O, heykəlin aydın və gözəl cizgilərə və detallara malik olduğunu və bunun qədim misir heykəltaraşının ustalığını səviyyəsini əks etdirdiyini qeyd edib. Abidənin hansıl dövrə aid olması barədə məlumat verilmir.