Türk ordusu meydan sulayacaq:


Dünya 15 Dek 2019 16:32:00 139 0

Türk ordusu meydan sulayacaq:

Yüzlərlə kamikadze dronları Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu dronlar hədəfi dərhal aşkarlamaq, izləmək və məhv etmək qabiliyyətini təmin edəcəkdir.

Bildirilib ki, Türkiyə Müdafiə Sənayəsi ilə "STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş" şirkəti arasında mini dronların tədarükü ilə bağlı müqavilə imzalanıb. Həmin şirkət sistem mühəndisliyi, texniki dəstək, layihə rəhbərliyi, texnologiya ötürülməsi və logistika xidmətlərini göstərir.