Bu insanlar küləkli havada evdən çıxmasın


Digərləri 15 Dek 2019 16:18:00 133 0

Bu insanlar küləkli havada evdən çıxmasın

Son günlər davam edən küləkli və soyuq hava şəraiti insanların səhhətinə təsirsiz ötüşmür. Lakin bəzi insanlar bu cür havalarda daha həssas olurlar.

Maraqlıdır, küləkli havanın orqanizmə nə kimi mənfi təsirləri var? Belə havalarda kimlərin bayıra çıxması məsləhət deyil?

Son.az bildirir ki, terapevt Nahid Məhərrəmovun lent.az-a dediyinə görə, küləkli havada toz zərrəciklərinin içində bakterial viruslar daha tez yayılır:

"Külək əsəndə toz dumanı bir tərəfdən digər tərəfə yayılır. Bu zaman küləyin təsiri ilə toz zərrəciklərinin içində həm də viruslar, bakteriyalar ətrafa yayılır. Əyər bir insanda hər hansısa xroniki virus və ya bakterial xəstəlik varsa, yaxud xroniki olmasa belə, immun sistemi zəifdirsə, o zaman küləkli havada daşınan bakterial infeksiyaya yenidən yoluxa bilər. Daşınan bakterial infeksiyaya isə yuxarı tənəffüs yollarının iltihabı, infvirus və bakteriya infeksiyaları aiddir. Xroniki xəstəlik bu cür havalarda aktivləşməyə başlayır. Aktivləşən zaman yuxarı tənəffüs yollarının iltihabı əmələ gəlir.