"Onda həyat yoldaşım olma potensialını görmədim"


Şou-biznes 15 Dek 2019 14:47:00 160 0

"Onda həyat yoldaşım olma potensialını görmədim"

"Qarşıma fərqli insan çıxdı. Ona çox güvənirdim. Ona görə də düşünürəm, yaxşı ki həyatımda oldu. Bəzən deyirik, həyatımın altını üstünə çevirdi. Həyatımın altı daha gözəl imiş. Alınmadı, nə edək. Nöqtə qoyulsa da, xatirələr gözəl qaldı".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "X maqazin"ə açıqlamasında deyib. Şəxsi həyatından danışan sənətçi boşandıqdan sonra yaşadığı sevgidən bəhs edib.

Ayan evlilik təklifi almasından da söz açıb:

"Türkiyədə yaşadığım ərəfədə oldu. Amma uyğun gəlmədik. Onda həyat yoldaşım olma potensialını görmədim. Tək addımlayıb, güclü olduğuma görə, qat-qat güclü birini istəyirəm.

İkinci dəfə ana olmaq istəyərdim. Amma məntiqli addım olmalıdır".