Tanınmış müğənni prokurorluğa müraciət etdi: "Bir qadın illərdir ki, məni izləyir"


Digərləri 15 Dek 2019 14:26:00 146 0

Tanınmış müğənni prokurorluğa müraciət etdi: "Bir qadın illərdir ki, məni izləyir"

Türkiyəli müğənni Tan, İstanbul Baş Prokurorluğuna müraciət edib.

Son.az Publika.az-a istinadən xəbər verir ki, müğənni ifadəsində "Üzünü saçları ilə gizlədən bir qadın illərdir ki, məni izləyir. Avtomobili ilə belə məni təqib edir, qorxuram. Ötən günlərdə dostlarımla əylənmək üçün şəhər kənarına getmişdik. O qadın bizi təqib edirdi. Qəfildən qarşımıza çıxıb bizi qorxutdu".

Prokurorluq sözügedən qadını müəyyənləşdirmək istiqamətində istintaqa başlayıb.