Kompotun ziyanını bilirsinizmi?


Digərləri 15 Dek 2019 14:12:00 142 0

Kompotun ziyanını bilirsinizmi?

"Mövsümi meyvə və tərəvəzlərin yeyilməsi mədə-bağırsaq sistemində həzm prosesinə müsbət təsir göstərir. Meyvələrin tərkibində olan sellülozlar mədə-bağırsaq sisteminin işləməsinə kömək edir".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu açıqlamasında sağlam qidalanma üzrə ekspert-mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, sağlam insan orqanizmi gün ərzində bir stəkan meyvə şirəsi istehlak etməlidir: "Qan azlığı və yaxud digər xəstəliyi olan kəslər daha çox şirə istehlak etməlidirlər. Lazım olan vitamin və mineralların, qidalanmaya xeyirli olan maddələrin daha tez əldə edilməsi üçün şirə içmək vacibdir".

Mütəxəssisin fikrincə, kompot tipli bişirilmiş, konservləşdirilmiş meyvələrin zərərləri faydasından daha çoxdur: "Kompot hazırlanan zaman müəyyən miqdarda şəkər əlavə edilir. Hazırda istehsal olunan şəkərlərin tərkibi də qatqı maddələri ilə zəngindir və bir çox emal prosesindən keçib. Şəkər orqanizm üçün zərərli olan başlıca maddələrdəndir. Kompotla müqayisədə təzə meyvə-tərəvəzin yeyilməsi daha məqsədəuyğundur".