Azərbaycanın aqrar turizmdə böyük potensialı var


Digərləri 15 Dek 2019 13:39:15 126 0

Azərbaycanın aqrar turizmdə böyük potensialı var

Azərbaycanın aqrar turizmdə böyük potensialı var

Lənkəran. Ceyhun Ələkbərov - Azərbaycanın aqrar turizmdə böyük potensialı var. Trend-in məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Caydev Sinqx jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, aqroturizm Azərbaycan üçün önəmli sahədir: "Aqroturizm ölkə üçün ona görə vacibdir ki, bu sahə qeyri-neft sahəsində iqtisadiyyatın diversifikasiyası üçün çox mühüm elementdir. Bir il yarımdır ki, Azərbaycanda fəaliyyət göstərirəm. Bu vaxt ərzində bir çox ərazilərdə fermerlər və sahibkarlarla görüşdükdən sonra əmin olmuşam ki, Azərbaycanda aqrar turizmdə böyük potensial var."