Hər il bura üç milyon insan gəlir


Digərləri 15 Dek 2019 13:00:00 157 0

Hər il bura üç milyon insan gəlir

Fransanın cənubundə yerləşən 50 min nəfərlik Karkasson bölgəsi yüz illərdir pozulmayan memarlığı ilə turistləri zamanda səyahətə çıxarır.

Son.az axşam.az-a istinadən bildirir ki, ən önəmli gəliri turistlərdən olan bölgə "Cite" adlı qalası ilə məşhurdur.

Yüksək səviyyədə mühafizə olunan bu qalanın içərisində yer alan mağazaların ətrafı üç kilometrlik qoşa qala divarı və 52 qüllə ilə əhatə olunub.

"Cite"nin ən böyük özəlliyi Avropada ən böyük qala olmasıdır. e.ə 6-cı əsrdə Qaliyalılar dönəmində tikilən qala 20-ci əsrdə restavrasiya edilib.