Həftənin ilk iş günü hava necə olacaq? PROQNOZ


Digərləri 15 Dek 2019 12:50:00 136 0

Həftənin ilk iş günü hava necə olacaq?  PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin.

Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti,

Bakıda gecə 5-7°, gündüz  10-12°  isti olacaq.