Məşhur musiqiçinin Türkiyədə təhsil alan nəvəsi faciəli şəkildə dünyasını dəyişdi


Digərləri 15 Dek 2019 12:04:00 218 0

Məşhur musiqiçinin Türkiyədə təhsil alan nəvəsi faciəli şəkildə dünyasını dəyişdi

Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsinin atasının müşayəti ilə artıq Bakıya gətirilib. Bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.

Son.az