Metabolizmi sürətləndirir, immuniteti yaxşılaşdırır... Öpüşməyin faydaları


Digərləri 15 Dek 2019 11:44:00 172 0

Metabolizmi sürətləndirir, immuniteti yaxşılaşdırır...  Öpüşməyin faydaları

Öpüşmək adətən sevinc gətirir. Amma məlumdur ki, bu proses həm də sağlamlıq və yaşam üçün böyük üstünlüklərə malikdir.

Son.az bildirir ki, "Journal of Neural Engineering" jurnalında dərc edilmiş məqalədə Kaliforniya Universitetinin alimləri bu məsələyə aydınlıq gətiriblər.

Öpüşmək metabolizmi sürətləndirir - Düzdür, öpüşmək bu baxımdan 5 kilometrə qaçış qədər effektli deyil, lakin dəqiqəyə 2 kalori yandırır.

İmmuniteti yaxşılaşdırır - Öpüşən zaman insanlar milyonlarla bakteriya mübadiləsi edirlər. Və müxtəlif bakteriyalarla mübadilə edərkən orqanizm onlarla mübarizəyə uyğunlaşır, immunitet güclənir.