Mingəçevirdə qardaş qardaşı bıçaqladı


Kriminal 15 Dek 2019 11:34:00 154 0

Mingəçevirdə qardaş qardaşı bıçaqladı

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, incident gecə saatlarında baş verib. Belə ki, 25 yaşlı Səməd Quliyev bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, S.Quliyev qardaşı tərəfindən mübahisə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son.az