İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək


Siyasət 15 Dek 2019 11:09:00 153 0

İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək

İsveçrə Azərbaycanla maliyyə məlumatlarının mübadiləsini aparacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu həftə İsveçrə parlamentinin Kantonlar Şurası bank və vergi məlumatlarının avtomatik mübadiləsinin həyata keçiriləcəyi dövlətlərin siyahısını genişləndirib.

Qeyd olunur ki, İsveçrə həmin ölkələrə vətəndaşların, eləcə də bu ölkədə yaşayan fiskal rezidentlərin bank hesabları və digər maliyyə məlumatlarını təqdim edəcək. Öz növbəsində İsveçrə öz vətəndaşlarının həmin ölkələrdəki bank rekvizitləri barədə məlumatları əldə edəcək.

Məlumat mübadiləsi aparılacaq yeni ölkələrin siyahısına Azərbaycanla yanaşı Albaniya, Bruney, Dominika, Qana, Qazaxıstan, Livan, Makao, Maldiv adaları, Nigeriya, Niue, Oman, Pakistan, Peru, Samoa, Sen-Marten, Trinidad və Tobaqo və Vanuatu daxil edilib.

Hazırda İsveçrə 75 ölkədə maliyyə məlumatları əldə edir, 63 ölkə ilə bu məlumatları paylaşır.

Hökumətin hesabatına əsasən, İsveçrə mənbə ölkələrinə 3,1 milyon bank hesabı barədə məlumat ötürüb, öz növbəsində 75 tərəfdaş ölkədən isə 2,4 milyon bank hesabı barədə məlumat alıb.