Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb


Digərləri 15 Dek 2019 10:23:00 150 0

Vulkan püskürməsi nəticəsində qurbanların sayı 16-ya çatıb

Yeni Zellandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb

Bakı. Yeni Zellandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb. Trend-in məlumatına görə, vulkanın püskürməsi zamanı ciddi xəsarətlər almış kişi Avstraliyanın Yeni Cənub Uels ştatında klinikaya yerləşdirilsə də dekabrın 14-də dünyasını dəyişib. Polisin verdiyi açıqlamaya görə, iki nəfər itkin düşmüş sayılır. Oklenddən 270 km aralıda Plenti körfəzində Uayt-Aylend adasındakı vulkanının püskürməsi 9 dekabrda baş verib. Püskürmə başlayarkən, adada aralarında digər ölkələrdən turist olmaqla 47 nəfər olub.