Gəncədə yaşayış binasında yanğın olub


Digərləri 15 Dek 2019 09:21:29 110 0

Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb

Bakı. Gəncə şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.