Bakıda kafedə yanğın baş verib


Digərləri 15 Dek 2019 08:45:00 116 0

Bakıda kafedə yanğın baş verib

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb

Bakı. Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.