Məşhur olimpiya çempionu vəfat edib


Dünya 15 Dek 2019 08:22:00 132 0

Məşhur olimpiya çempionu vəfat edib

SSRİ yığma futbol komandasının oyunçusu, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarının qalibi Yuri Belyayev 86 yaşında vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, Moskvanın Mərkəzi Ordu İdman Klubunun (ЦСКА) mətbuat xidmətinin xəbərində deyilir: "Bu gün Melburnda 1956-cı il Olimpiya Oyunlarının çempionu, Mərkəzi Ordu İdman Klubunun tərkibində 1955-ci il SSRİ Kubokunun qalibi Yuri İvanoviç Belyayev vəfat edib. Məşhur futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veririk".

Karyerası ərzində hücumçu kimi çıxış edən Belyayev Mərkəzi Ordu İdman Klubunun tərkibində üç dəfə SSRİ çempionatının bürünc mükafatçısı olub (ölkə çempionatlarında 111 oyun keçirib, 52 dəfə fərqlənib).