Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb


Dünya 15 Dek 2019 06:56:00 192 0

Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb

​Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb

2019-cu ilin üçüncü rübündə Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti bildirib.

Bu cinayətlər nəticəsində8nəfər yaralanıb. Hadisələrlə əlaqədar 8nəfər saxlanılıb, onların 6-ı Hessen federativ ərazisinin payına düşür.

Bildirilir ki, islamofobiya ilə bağlı 187 cinayət hadisəsinin 25-i məscidlərdə və ibadət evlərində törədilib. Bu halda xəbərdə qeyd edilir ki, göstərilən rəqəm son olmaya və arta bilər.

Daha əvvəl alman hökuməti bildirib ki, 2019-cu ilin ikinci rübündə Almaniyada islamofobiya zəminində 165 cinayət hadisəsi qeydə alınıb. Ancaq sonra bu göstərici 222-dək artıb.

İlin birinci rübündə isə islamofobiya zəminində 132 cinayət hadisəsi qeydə alınıb.