Pyer de Kubertenin Olimpiya manifesti auksiona çıxarılıb


Digərləri 15 Dek 2019 06:25:00 149 0

Pyer de Kubertenin Olimpiya manifesti auksiona çıxarılıb

Müasir Oyunların banisi Pyer de Kubertenin Olimpiya manifesti "Sotheby" auksionunda satışa çıxarılıb

Bakı. Müasir Oyunların banisi Pyer de Kubertenin Olimpiya manifesti "Sotheby" auksionunda satışa çıxarılıb. Trend-in məlumatına görə, ilkin qiymət olaraq Olimpiya manifesti 500 min dollara dəyərləndirilib. Auksion 18 dekabrda başlanacaq. Pyer de Kuberten məşhur manifestini 1889-cu ildə qələmə alıb. Müasir Olimpiya Oyunlarının əsasları izah edilən 14 vərəqdə, Kuberten "Millətlər arasında mübarizə ancaq idmanda olmalıdır" fikrini təkid edir.