Yerevanda 3 gənc bıçaqlanıb


Dünya 15 Dek 2019 05:56:08 136 0

Yerevanda 3 gənc bıçaqlanıb

​Yerevanda xəstəxanaya bıçaqlanmış 3 gənc çatdırılıb

Yerevanın "Erebuni" Tibb Mərkəzinə bıçaq xəsarətləri almış 3 gənc çatdırılıb.

Bu barədə "Report" "Shamshyan.com"a istinadən xəbər verir.

Bildirilir ki, bunlar 17 yaşlı Sergey K, 18 yaşlı Ovsep M.və 18 yaşlı Emil K.-dır. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Gənclərin hansı şəraitdə bıçaqlanmaları barədə məlumat verilmir.

Qeyd edilir ki, hadisə Horenaçi küçəsində baş verib. Yerevan polisi faktla bağlı araşdırmalara başlayıb, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.