Məşhur olimpiya çempionu vəfat edib


Digərləri 15 Dek 2019 05:27:00 146 0

Məşhur olimpiya çempionu vəfat edib

SSRİ yığma futbol komandasının oyunçusu, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarının qalibi Yuri Belyaev 86 yaşında vəfat edib

Bakı. SSRİ yığma futbol komandasının oyunçusu, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarının qalibi Yuri Belyaev 86 yaşında vəfat edib. Trend-in məlumatıma görə, Moskvanın Mərkəzi Ordu İdman Klubunun (ЦСКА) mətbuat xidmətinin xəbərində deyilir: "Bu gün, Melburnda 1956-cı il Olimpiya Oyunlarının çempionu, Mərkəzi Ordu İdman Klubunun tərkibində 1955-ci il SSRİ Kubokunun qalibi Yuri İvanoviç Belyaev vəfat edib. Məşhur futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veririk". Karyerası ərzində hücumçu kimi çıxış edən Belyaev Mərkəzi Ordu İdman Klubunun tərkibində üç dəfə SSRİ çempionatının bürünc mükafatçısı olub (ölkə çempionatlarında 111 oyun keçirib, 52 dəfə fərqlənib).