Bakıda avtomobil 71 yaşlı qadını vurub


Sosial 15 Dek 2019 04:39:17 146 0

Bakıda avtomobil 71 yaşlı qadını vurub

​Bakıda avtomobil 71 yaşlı qadını vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində 1948-ci il təvəllüdlü Həsənova Bəsti Muxtar qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya catdırılıb.Müayinə zamanı ona qabırğaların sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Ramin Şahbazov