Ucarda "Ford" "KaMAZ"ın qoşqusuna çırpılıb, xəsarət alan var


Sosial 15 Dek 2019 04:01:08 122 0

Ucarda "Ford" "KaMAZ"ın qoşqusuna çırpılıb, xəsarət alan var

​Ucarda "Ford" "KaMAZ"ın qoşqusuna çırpılıb, xəsarət alan var

Ucarda xəsarətlə nəticələnənyol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1975-ci il təvəllüdlü Tərtər rayon sakini Qəhrəmanov Azər İsmayıl oğlu"Ford" tranzit markalı mikroavtobusla Ucar istiqamətimdə hərəkətdə olarkən qarşısında hərəkətdə olan "KaMAZ" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə "Ford"dakı sərnişin, 1969-cu il təvəllüdlü Tərtər sakini Qəhrəmanova Şəlalə Möhübbət qızı müxtəlif növ ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.