Abşeronun Məmmədli kəndində F-1 əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb


Sosial 15 Dek 2019 03:45:55 137 0

Abşeronun Məmmədli kəndində F-1 əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb

​Abşeronun Məmmədli kəndində F-1 əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb

Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Məmmədli kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

"ANAMA-dan "Report"a verilən məlumata görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.