Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib


Digərləri 15 Dek 2019 02:17:00 113 0

Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib

Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı. Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilın məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.