Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib


Digərləri 15 Dek 2019 00:24:08 144 0

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Dekabrın 14-də Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib

Bakı. Dekabrın 14-də Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib. Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir. Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib. Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.