Günün qoroskopu: Mürəkkəb məsələlərə diqqət yetirin


Digərləri 15 Dek 2019 00:01:00 156 0

Günün qoroskopu: Mürəkkəb məsələlərə diqqət yetirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Ünsiyyətdə çətinliklər yaranır - dilinizi tutmur, lazım olmayan sözləri deyirsiniz. Bir qədər təmkinli olsanız, mübahisə və xoşagəlməz məqamlardan qaça bilərsiniz. Bütün hərəkətlərinizin mümkün nəticəsini vaxtında qiymətləndirməyiniz vacibdir. Qadınlarla münasibətlərdə çətinliklər yaranır: onlar sizi idarə etmək vasitəsi tapırlar, siz isə heç də həmişə onlara müqavimət göstərə bilmirsiniz. Maliyyə məsələlərini həll etmək, həmçinin əmlakla bağlı işlərlə məşğul olmaq məsləhət deyil.

Buğa - Günün emosional fonu xoş deyil, çoxları depressiyaya meyl edirlər. Yaşlı qohumlarınızla, rəhbərliklə münasibətlərdə çətinlik yarana bilər. Uşaqlar və yeniyetmələr üsyana qalxır, müstəqil qərar vermək hüquqlarını müdafiə edirlər. Vacib məsələləri kimsədən kömək ummadan, təkbaşına həll etmək gərəkdir.

Əkizlər - Səhəri vacib görüşlər və iş görüşləri üçün ayırın, bunlar çox məhsuldar keçəcək. Həmçinin müxtəlif konfranslarda, seminarlarda, reklam və xeyriyyə aksiyalarında iştirak edə bilərsiniz. Ünsiyyət sevinc gətirir, asanlıqla yeni tanışlar tapırsınız. Təndricən mənfi tendensiyaların təsiri artır. Axşamı təklikdə, sakit məşğuliyyət arxasında keçirmək məsləhətdir. Ciddi xərclərdən çəkinin. Səfərlər və ziyafətlərə qatılmaq məsləhət deyil.

Xərçəng - Başqalarından düzgün istifadə edərək çox şeyə nail ola bilərsiniz. Hiyləgər, müşahidəçilsiniz, ətrafınızdakıların sizin idarəniz altında hərəkət etdikləri heç ağıllarına da gəlməyəcək. Yəni dovşanı araba ilə tutursunuz. Şəxsi cazibənizdən istifadə edərək sizə peşəkar problemlərinizin həllində dəstək ola biləcək insanların rəğbətini qazanırsınız. Əyləncəli tədbirlərin təşkili, şən səfərlər və ekskursiyalar üçün əla gündür. Tək qalmamağa çalışın: darıxmaqdan birtəhər olarsınız.

Şir - Ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir. Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.

Qız - Günün ilk yarısı xoş keçəcək. Həmin dövrdən həm işgüzar, həm də şəxsi məqsədlər üçün istifadə etmək olar - vacib qələbələr qazana bilərsiniz. Amma təəssüf ki, vaxt keçdikcə şərait çətinləşir. Günün ortasında əhvalınız korlanacaq, enerjiniz azalacaq. Bu vaxt tənqidə xüsusilə dözümünüz olmayacaq. Qadınlarla münasibətləriniz yaxşı deyil, hərdən boş şeylər üstündə mübahisəniz düşür. Məişət problemlərinin həllində çətinlik çəkirsiniz. Eksperimentlər, risk etmək, ənənələri pozmaq məsləhət deyil.