Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın –


Digərləri 14 Dek 2019 23:43:00 129 0

Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın –

Təmiz hava sağlamlığı cəmi 7 həftəyə bərpa edə bilər.

Şəhər içində və ətrafındakı zavodları bağlamaq kifayətdir ki, astma bronxit xəstəliklərinin səviyyəsi kəskin ensin.

Son.az medicina.az-a istinadən bildirir ki, bu fikri alimlər bildirir. Amerikanın Annals of Amerikan Society dərgisində respirator xəstəliklərin yayılmasında atmosferin kirlənməsinin təsirini araşdıran beynəlxalq qrupun nəticələri dərc edilib. Onlar müxtəlif ölkələrdə apardıqları araşdırma nəticəsində görüblər ki, bir neçə zavodun bağlanması ilə atmosferin təmizlənməsi və havanın daha sağlam olması üçün elə də çox zaman lazım deyil.

Həmin ərazidə yaşayan insanların da səhhətində ciddi müsbət dəyişikliklər baş verir.

Məsələn Yuta ştatında zavodun bağlanmasından 12 ay sonra pnevmoniya, astma, bronxit səbəbindən təcili xəstəxanaya çatdırılanların sayında və məktəblilərin bu xəstəliklər səbəbindən dərsə getməməsi 40% dəfə azalmışdı. Eləcə də zavodun işləmədi dövrdə ştatda sutkalıq ölüm və vaxtından əvvəl doğuş və düşük statistikası da xeyli azalmışdı.

Eləcə də Atlanta küçəsində iri magistral yolda hərəkətin Olimpiya oyunları səbəbindən cəmi 18 gün bağlanması ilə həmin ərazidə atmosfer göstəriciləri qəfil yaxşılaşmışdı.