Qara lobya haqqında bilmədiklərimiz


Digərləri 14 Dek 2019 23:05:00 112 0

Qara lobya haqqında bilmədiklərimiz

Qara lobya tərkibindəki zülal, müxtəlif vitamin və minerallar sayəsində həm anemiyanın qarşısını alır, həm də kolorektal xərçənginə tutulma riskini azaldır.

Ölkəmizdə əsasən yaşıl təzə lobya istehlak edilir. Yaşıl lobya kimi qara lobya ölkəmizdə çox tanınan və istehlak edilən bir lobya deyil. Ancaq qara lobya tərkibindəki zülal, müxtəlif vitaminlər və minerallar sayəsində istifadə edilməsi lazım olan bir qidadır.

İndi isə gəlin, bu inanılmaz qidanın faydaları ilə yaxından tanış olaq:

A, B2, B3, B6 və B9 vitamini, fol turşusu, kalsium, fosfor, sink, maqnezium, mis, dəmir və manqan kimi minerallarla zəngindir. Eyni zamanda yüksək nisbətdə lifdən ibarətdir.

Aparılan araşdırmalara görə, qara lobya həzm sistemini rahatlaşdırır.

Noxud və mərci kimi paxlalılara nisbətən həzmi daha asandır. Qəbizliyin qarşısını alır.

Həzm sistemi ilə yanaşı kolorektal sağlamlığı da qoruyur.