Nigeriyada Boko Haram silahlıları şəhərə hücum edərək 15 nəfəri öldürüblər


Digərləri 14 Dek 2019 23:00:13 102 0

Nigeriyada Boko Haram silahlıları şəhərə hücum edərək 15 nəfəri öldürüblər

Nigeriyada Boko Haram silahlıları Borno ştatında Maqumeri şəhərinə hücum edərək 15 nəfəri öldürüblər

Bakı. Nigeriyada Boko Haram silahlıları Borno ştatında Maqumeri şəhərinə hücum edərək 15 nəfəri öldürüblər. Trend-in məlumatına görə, bunu Nigeriyanın milli parlamentindəki Borno əyalətindən olan deputat Usman Zanna deyib. Dekabrın 12-də axşam yaraqlılar 11 avtomobildə Maqumeriyə gəlib. Döyüşdə 8 yerli özünü müdafiə dəstəsinin üzvü, bir təhlükəsizlik işçisi və altı mülki şəxs öldürülüb.