Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB


Sosial 14 Dek 2019 22:35:00 93 0

Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

​Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, Morul kənd sakini, 1964-cü il təvəllüdlü TelmanŞıxməmmədovdur.

Qeyd edək ki, hadisəŞəmkir şəhər ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***22:13

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.