Karma SC2 konseptini nnümayiş etdirib FOTO


Digərləri 14 Dek 2019 22:30:00 135 0

Karma SC2 konseptini nnümayiş etdirib  FOTO

Kaliforniyada fəaliyyət göstərən Karma Automotive şirkəti Los Ancelesdə keçirilən avtosalonda SC2 konseptini nümayiş etdirib. Kupe ümumi hasilatı 1100 at qüvvəsi təşkil edən elektromotorlarla hərəkətə gəlir. Elektromotorlar avtomobilin ön və arxa oxlarında yerləşir. Mühərriklərin qidalandığı batareyanın tutumu 120 kVs təşkil edir. Şirkət nümayəndələri dolu batareya ilə Karma SC2 konseptinin 563 km qət etdiyini iddia edirlər. Yerindən 100 km/saat həddinə kupe 1,9 saniyəyə sürətlənir.

Yeni konseptdə Karma mühəndislərinin hazırladığı bir neçə texnologiya tətbiq olunub. Bunlara misal olaraq barmaq izinin skanerini, üzün tanınması sistemini, 3D effekti olan və səsi ayrı-ayrı zaonala bölüşdürənaudiosistemi, həmçinin biometrik kresloları və sükanı göstərə bilərik.

Son.az autograph.az-a istinadən bildirir ki, Karma SC2 modelinin ən maraqlı cəhətlərindən biri avtomobildə etdiyiniz sonuncu səfəri yenidən yaşamaq imkanıdır. Prototip təchiz edildiyi yüksək icazəli kamera və lidarlar sayəsində 360-dərəcəli videoçəkilişi aparmaq iqtidarındadır. Eyni zamanda, süni intellekt real vaxt rejimində səyahətin bütün atributlarını (sürətlənmə, döngələr, səslər, havanın temperaturu və playlist) qeydə alır.

Səfər bitdikdən sonra sürücü park edilmiş avtomobildə həmin anları yenidən canlandıra bilər. Smartfon salon güzgüsünün yerində quraşdırılır və ekranda səyahətin yazısı həmin rakusdan əks  etdirilir. Adaptiv lazer proyektoru isə qalan məkanı əsl yarış simulyatoruna çevirir. Avtomobil sahibləri bu yazı ilə bir-biri ilə bölüşə, həmçinin dünyanın istənilən nöqtəsində olan sürücülərin marşrutunu canlandıra bilərlər.