Xroniki öskürəyə qarşı təbii üsul


Digərləri 14 Dek 2019 22:35:00 219 0

Xroniki öskürəyə qarşı təbii üsul

Öskürək xüsusilə payız-qış aylarında qarşılaşdığımız ən bezdirici problemlərdəndir. Bəs xroniki öskürəyə qarşı ən yaxşı nə təsir edə bilər? Son.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər öskürəkdən xilas olmaq üçün evdə hazırlanacaq təbii bir sirop təklif edirlər. 1 litr suyun içinə incə dilimlərlə bölünmüş 1 ədəd qabıqlı almanı çay kimi, içməyin müsbət təsir göstərdiyini söyləyən mütəxəssislər, bəlğəm gətirən sirop reseptini veriblər.

Lazım olan materiallar: 1 orta ölçülü baş soğan, 1 limonun suyu, 1 stəkan qaynar su, 3 xörək qaşığı bal, 1 diş sarımsaq, 1 balaca qaşıq darçın, balaca qaşığın 1/2 qədər zəncəfil.

Soğanı və sarımsağı doğrayıb bankaya qoyun. Üzərinə 1 su stəkanı qaynar su əlavə edin. Soyuduqdan sonra süzün. Bal, limon suyu, zəncəfil və darçını əlavə edin. Yaxşıca çalxalayın. Bu qarışıq bəlğəm gətirici xüsusiyyətə malikdir.