Hindistanda qarışıqlıqlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb


Dünya 14 Dek 2019 21:10:00 122 0

Hindistanda qarışıqlıqlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb

​Hindistanda qarışıqlıqlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb

Hindistanda "Vətəndaşlıq haqqında" qanunun yeni versiyasının qəbuluna qarşı kütləvi etirazların iştirakçıları Qərbi Benqaliya ştatında 5dəmiryol qatarını, həmçinin 15 avtobusu yandırıblar.

"Report" xəbər verir ki, bu barədə yerli NDTV telekanalı bildirib.

Qeyd edilir ki, hücuma məruz qalan qatarların və avtobusların sərnişinləri əvvəlcədən nəqliyyat vasitələrindən endiriliblər. NDTV telekanalının məlumatına görə, Murşidabad dairəsində vəziyyət xüsusilə çətinləşib. Burada bəzi dəmiryol stansiyalarının bilet kassaları dağıdılıb, işçi heyət döyülüb.

Etirazçılar avtomobil və dəmir yollarını bağlayırlar. Həmçinin nəqliyyat vasitələrini daşa basır, mağazaları dağıdırlar. Qərbi Benqaliya ştatının hakimiyyət orqanları bildirib ki, talançılara qarşı sərt tədbirlər görüləcək.

Əsas etirazlar qonşu Assam ştatında baş tutub. Burada azı 3 etirazçı Quvaxatidə polislə kütləvi qarışıqlıqlarda və toqquşmalarda həlak olub.