Kaspersky bu dəfə smartfon dünyasına addım atdı


Digərləri 14 Dek 2019 21:10:00 121 0

Kaspersky bu dəfə smartfon dünyasına addım atdı

"Kaspersky" laboratoriyası məhsul şəbəkəsini genişləndirməyi planlaşdırır.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət "Kaspersky ƏS" ilə işləyən etibarlı smartfon istehsal etməyi planlaşdırır. Şirkətin nümayəndələri artıq smartfon barədə bəzi təfərrüatları açıqlayıblar.

Görünür, bundan sonra "Kaspersky" laboratoriyası üçün prioritet sahə yerli əməliyyat sistemlərinin nəzarəti altında işləyən korporativ smartfonların istehsalı olacaq. "KasperskyOS" biznes inkişafının rəhbəri Qriqori Sizovun sözlərinə görə, şirkət hazırda cihaz konsepsiyasını hazırlayır və tədarükçülərlə danışıqlar aparır.

Şirkət smartfonu 2020-ci ilin sonuna qədər təqdim etməyi planlaşdırır. Yeniliyin əsas xüsusiyyəti haker hücumlarından qorunması və əlavə antivirus proqramının quraşdırılmasına ehtiyac olmamasıdır.