Tvitter ən çox müzakirə olunan mövzuları açıqladı


Digərləri 14 Dek 2019 21:15:00 100 0

Tvitter ən çox müzakirə olunan mövzuları açıqladı

Tvitter sosial şəbəkəsi bu il platformada ən çox müzakirə olunan mövzuları açıqladı.

Son.az ted.az-a istinadən bildirir ki, sosial şəbəkənin yayımladığı məlumata görə, bu ilin ən çox müzakirə olunan mövzusu aprel ayında Fransanın Notre-Dame kilsəsində baş verən dəhşətli yanğın hadisəsi olub.

İkinci ən çox müzakirə olunan mövzu Yaponiyada Heysey epoxasının Reyva epoxası ilə əvəz edilməsi olub. Belə ki, bu ilin may ayının 1-də Yaponiyada olan hakimiyyət dəyişikliyi istifadəçilərin diqqətini çəkib.

Üçüncü ən çox müzakirə mövzusu isə Venesuellada kütləvi etiraz aksiyaları olub.