Çobanyastığının bilmədiyimiz faydaları


Digərləri 14 Dek 2019 21:05:00 157 0

Çobanyastığının bilmədiyimiz faydaları

Çobanyastığı yol kənarlarında və boş ərazilərdə öz-özünə yetişən xoş ətirli yaşıl-ağ rəngdə çiçəklər açan bir bitkidir.

Bu bitkinin faydalarını saymaqla bitmir. Belə ki, çobanyastığı iştahını açır. Sinirləri sakitləşdirici xüsusiyyəti ilə, bel və baş ağrısı kimi ağrıları aşağı salır. Diş ağrısına da faydalıdır. Bədənə rahatlıq verir. Mikrob öldürücü xüsusiyyəti var. Mikrob öldürücü təsiri səbəbiylə diş əti, ağız, boğaz və badamcıq vəzisi iltihabına qarşı qarqara olaraq faydalıdır. Bundan başqa, yaraların sarılmasında istifadə edilərək, həm mikrobları öldürür, həm də yaranın sağalmasını sürətləndirir.

Bəs görəsən çobanyastığı necə istifadə edilir?

Çobanyastığından çay, yağ və boya əldə edirlər. Bu bitkinin çayı zədələnmiş dəriləri təmizləmək və rahatlatmaq üçün faydalıdır.

Bu çayla göz silinsə, gözdəki şişlikləri aradan qaldırar. Çobanyastığı suyu duş suyuna qatılsa dərini təzələyər və saçlara parlaqlıq verər.