Həyatın mənasını bu yaşda anlayacaqsınız


Digərləri 14 Dek 2019 20:53:00 134 0

Həyatın mənasını bu yaşda anlayacaqsınız

Bir çox gənc insanların həyatın, dünyanın, yaşamın mənasını və bu dünyada missiyalarının nə olduğunu tapmaq üçün səyləri, araşdırmaları və bu mövzuda kitablar oxuması mənasızdır. Alimlər bildirir ki, bu düşüncələr insana stress və ümidsizlikdən başqa bir şey vermir.

Həyatın mənası hər insan üçün fərdidir, o, 60 yaşında insana özü gəlir.

Son.az medicina.az-a istinadən bildirir ki, Kaliforniya universitetinin alimlərinin bu mövzuda apardıqları elmi araşdırmanın nəticələri belə düşünməyə əsas verib.

Professor Dilip Ceste 3 illik araşdırması boyu 21 -98 yaş arası, 1000-ə yaxın insan arasında sorğu keçirib. Sorğunun məqsədi: həyatın mənasını axtaranlar hansı nəticəyə gəlib və onu tapıblarmı?

Bundan əlavə sorğu iştirakçılarının fiziki, psixi, sosal durumları da qeydə alınıb.

Nəticələr, həyatın anlamını axtaran, buna vaxt, düşüncə sərf edən insanların bu baxımdan daha çox stresə uğradığını, psixi və fiziki sağlamlığına zərbə vurduğunu, eləcə də əqli fəaliyyətinə mənfi təsir etdiyini sübut edib.

"Bir çox insanlar dünya, yaşam, öz həyatının, ruhunun mənasını, missiyasını fəlsəfi anlamda yozmaq, tapmaq üçün illərini sərf edir. İllər keçir, bəlli yaşa çatandan sonra insan bu axtarışın mənasız olduğunu anlayır və böyük depressiyaya düşür.

İnsan sadəcə yaşaması, həyatda olması ilə barışarsa, özünü daha yaxşı, gümrah, pozitiv hiss edib, həm həyat keyfiyyətini, uğurlarını, həm də sağlamlığını artırmış olar- deyə professor Ceste izah edir.