Əfqanıstanda bir qrup hərbçi əsgər yoldaşlarını öldürərək “Taliban”a sığınıb - YENİLƏNİB


Dünya 14 Dek 2019 20:34:00 120 0

Əfqanıstanda bir qrup hərbçi əsgər yoldaşlarını öldürərək “Taliban”a sığınıb - YENİLƏNİB

Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup “Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9 hərbçi həlak olub.

© AP

Əfqanıstanın Qəzni əyalətinin Qarabağ qəzasında ötən axşam 9 hərbçini (başqa mənbəyə görə 25 nəfəri) öldürən 7 nəfər həmin hissənin əsgərləri olub.“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hərbçilər öldürdükləri yoldaşlarının silahlarını da götürərək hadisə yerindən qaçıb və “Taliban” hərəkatına sığınıb.“Taliban” isə hadisə zamanı 32 hərbçinin öldürüldüyünü, bir neçə tankın və bir avtomobilin məhv edildiyini açıqlayıb.

***13:40

Əfqanıstanın şərqində yerləşən Qəzni əyalətində ötən axşam bir qrup “Taliban” silahlısının həyata keçirdiyi hücum nəticəsində 9 hərbçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə ölkəninMüdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki,hadisə ilə bağlıaraşdırmalara başlanılıb.

Eyni zamanda “ToloNews” mənbəyə istinadən iddia edib ki,Mənəvar kəndində 7 nəfər talibançının törətdiyi hadisə zamanı 23 hərbçi ölüb vəhücum edənlər onların silahlarını götürüb hadisə yerindənuzaqlaşıblar.

"Taliban" hərəkatı baş verən hadisəninməsuliyyətini üzərinə götürüb.