Avropada satılan Honda Civic də yenilənib FOTO


Digərləri 14 Dek 2019 20:30:00 116 0

Avropada satılan Honda Civic də yenilənib  FOTO

Amerikada satılan Honda Civic modelinin ardınca Avropa bazarı üçün nəzərdə tutulan modelin də yenilənməsi baş tutub. Avropada satılan hetçbek də, okeanın o tayındakı qardaşı kimi xırda dəyişikliklərə məruz qalıb.

Son.az autograph.az-a istinadən bildirir ki, zahiri cəhətdən yenilənmiş hetçbeki təkmilləşdirilmiş bamperləri, yeni dizayna malik olan təkər diskləri, kuzovun yeni Blue Obsidien rəngi və yenilənmiş optika sayəsində ayırd etmək olar. İşıq texnikası əvvəlki formalarını qoruyub-saxlasa da, tamamilə işıqdiodlarından hazırlanıblar. Bu, Avropada satılan bütün təchizat səviyyələrinə aiddir. Xatırladaq ki, LED optika Şimali Amerikada yalnız modelin ən bahalı versiyalarında quraşdırılır.

Yenilənmiş Civic modelinin interyerində keyfiyyəti yaxşılaşdırılmış tərtibat materiallarından istifadə edilir. Bundan başqa, multimedia sisteminin interfeysi yenidən işlənib. Nəhayət, sürücü kreslosanı səkkiz istiqamətdə elektrik tənzimlənməsi ilə təchiz etmək olar.