Quru öskürəyi necə sağaldaq?


Digərləri 14 Dek 2019 20:35:00 124 0

Quru öskürəyi necə sağaldaq?

Ciyərlərin zərər görməsinə səbəb olan bu vəziyyətә laqeyid yanaşmaq olmaz və əvvəlcə bir həkimə getmәk lazımdır. Ancaq, təbii və sadə ev müalicələri də bu problemi yüngülləşdirə, hətta keçirə bilər.

İndi isə gəlin bu üsullarla tanış olaq:

Qıcıqlanmaya qarşı

-2 ədəd şəkəri ağzınıza qoyun və ağzınızda əridin. Qısa müddətdə qıcıqlanmağınızın keçməsinə köməkçi olacaq.

-Bir miqdar kəklikotu çayını balla qarışdırıb isti-isti için. Ballı kəklikotu çayı boğazınızı yumşaldaraq qıcıqlanmanın qısa müddətdə keçməsini təmin edəcək.

-Alma sirkəsi ilə qarqara edərək bu problemdən qısa müddətdə xilas ola bilərsiniz.